Dünyanı yeni təhlükə gözləyir

31 Oktyabr 2014 12:05
Rusiyalı alimlər 2014 UR116 adı verilən səma cismi aşkarlayıblar. Həmin cisim böyük təhlükəli asteroidlər siyahısına salınıb.

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Teleskop robotların qlobal şəbəkəsinin rəhbəri Vladimir Lipunov deyib ki, həmin səma cismi Yerdən Günəşə qədər olan məsafənin yarısı qədər olan məsafədən keçən zaman aşkarlanıb. Onun ölçüsü 370 metrdir. Bu, Çelyabinsk meteoritindən 20 dəfə böyükdür.

Milli.Az