Azərbaycanlı müğənni: "Qısa geyinməyi xoşlayıram"

31 Oktyabr 2014 12:21
Müğənni Fədayə Laçın son vaxtlar geyim tərzində dəyişiklik edib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Səhər çağı" verilişinin qonağı olan ifaçı daha çox qısa paltarlara üstünlük verdiyini bildirib:

"Hər zaman yaraşan libasdan istifadə edirəm. Daha çox qısa geyinirəm. Kimsə qısa geyinməyimə bir cür baxa bilər. Amma yaraşır... Axır vaxtlar şalvardan çıxmışam. Fərqli tərz seçmişəm".

Milli.Az