Xəstəxanaya düşən azərbaycanlı müğənni həmkarlarından incidi

31 Oktyabr 2014 11:40
Bir müddət əvvəl ağciyər iltihabı diaqnozu ilə xəstəxanaya yerləşdirilən müğənni Murad Sadıq hazırda özünü yaxşı hiss edir
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, evə buraxılan ifaçı "Gündəlik" verilişinin qonağı olub. O, xəstəxanada olan zaman onu yada salmayan həmkarlarından incidiyini bildirib:

"Altı gün xəstəxanada yatdım. Bəziləri düşündülər ki, onu reklam xətrinə etmişdim. İnsan bununla reklam olunmur. Bəzi sənət nümayəndələri məni yada salmadılar. "Kristal" qrupunun rəhbəri Mədinə və Ayan Babakişiyeva zəng etdilər, halımı soruşdular.

Özümə dost bildiklərim zəng vurmadılar. Bilib, özünü bilməzliyə qoyanlar çox oldu. Allah hər kəsin canını sağ etsin. Kimin halı pis olursa, mən zəng vurub soruşuram. İncikliyim var. Bildim ki, kim mənim dostum, kimlər isə məni yola verəndir. Murad sizin üçün uşaq deyil. Şou-biznesə gəlib, sona kimi də olacaq. Dörd-beş mahnı oxuyub gedənlərdən deyiləm".

Milli.Az