Azərbaycanda 17 yaşlı gənc bıçaqlandı

31 Oktyabr 2014 11:30
Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Şəki rayon sakini, 17 yaşlı Orxan Qarayev mübahisə etdiyi, Ağdaş rayon sakini, 18 yaşlı Toğrul Mirzəyev tərəfindən bıçaqlanıb.

Orxan Qarayev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər zərərçəkmişin vəziyyətinin ağır olduğunu bildiriblər.

Qanlı hadisəni törədən Toğrul Mirzəyev polisə gedərək könüllü şəkildə təslim olub.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az