Allahın möcüzəsi: başı masaya dəydi, kor gözləri açıldı - FOTO

31 Oktyabr 2014 12:02

Yeni Zelandiyada yaşayan qadın 11 yaşından bəri gün işığına həsrətdi. Lakin o, tam təsadüf nəticəsində görmə qabiliyyətini bərpa edib. Qadının başı jurnal masasına dəyəndən sonra o, görməyə başlayıb.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Oklend şəhərinin sakini Layza Reydin 11 yaşı olanda onun başındakı bədxassəli şiş qızın görmə sinirini zədələmiş və o, kor qalmışdı.
 

Amma 24 yaşlı qadının dediyinə görə, bələdçisi olan köpəyi öpmək üçün aşağı əyiləndə başı jurnal masasına təsadüfən dəyib.
 

"Ertəsi gün səhər yuxudan ayılanda qismən görməyə başladığımı anladım. Bunun səbəbini kimsə anlamır, nə baş verdiyini bilmirlər. Həkimlər naəlac qalıblar. Mənsə düşünürəm ki, gözlərimin açılması Tanrının lütfü, onun möcüzəsidir", - Layza deyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.