Türkiyədə avtobus aşıb, 15 nəfər öldü - YENİLƏNİB
31 Oktyabr 2014 12:18
12:18
Türkiyənin İsparta vilayətində baş vermiş dəhşətli yol qəzası nəticəsində ölənlərin sayı 15-ə çatıb.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qəza nəticəsində həmçinin 27 nəfər yaralanıb.
----------
11:59
Türkiyənin cənub-qərbində yerləşən İsparta vilayətində içərisində fəhlələrin olduğu avtobus aşıb.
Trend xəbər verir ki, bu barədə cümə günü "Milliyet" qəzeti məlumat yayıb.
Yol qəzasında 12 nəfər ölüb, 8 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub, nəticədə avtomobil aşıb.
Ölən və xəsarət alanların hamısı Türkiyə vətəndaşlarıdır.
Milli.Az