Dünya bazarında neftin qiyməti
31 Oktyabr 2014 10:32
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,20 dollar azalaraq 1 barelə görə 80,92 dollar təşkil edib.
APA-nın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,33 dollar ucuzlaşaraq 85,91 dollar olub.
Azərbaycan Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən APA-ya verilən məlumata görə, London birjasında ötən gün keçirilmiş hərraclarda "AzəriLayt" markalı neftin bir barelinin qiyməti 1,86% və ya 1,68 dollar ucuzlaşaraq 88,84 dollar olub.
Milli.Az