Günel Anarqızı: "Hərdən bu tıxaclardan qurtulub getmək istəyirəm"
31 Oktyabr 2014 11:11
"Hərdən elə olur ki, səs-küylü meqapolisdən tıxacların olmadığı sakit bir yerə getmək istəyirəm. Hər şeydən uzaqlaşıb Şəkidə ağacların kölgəsində oturmaq, Qubanın alma bağlarının ətrini duymaq, İsmayıllıda payız havasını udmaq, xəzəlin xışıltısını eşitmək istəyirəm. Lənkəranda çay içmək istəyirəm".
Milli.Az xəbər verir ki, bu sözləri yazıçı Günel Anarqızı Day.Az saytına söyləyib.
"Azərbaycanda bu qədər gözəl yerlərin olması böyük xoşbəxtlikdir", - o əlavə edib.
Milli.Az