Sumqayıtın icra başçısı Bakıda tıxaca düşdü - FOTO
31 Oktyabr 2014 10:35
Ötən gün Bakıya gələn Sumqayıtın icra başçısı Eldar Əzizov digər sadə vətəndaşlar kimi tıxacda qalıb. Bakı polisi onun yolunu açmağa çalışmayıb. Sumqayıtın icra başçısı ötən axşam Bakıda tıxaca düşüb.
Milli.Az xəbər verir ki, onun avtomobilinin fotosunu jurnalist Mahir Məmmədli özünün Facebook səhifəsində paylaşıb. Foto Filarmoniyanın yanında çəkilib.
M.Məmmədlinin sözlərinə görə, qarşıdakı yolda tıxac olduğu üçün onlar gedən yolu da polis bağlamışdı. Bu səbəbdən də Sumqayıtın başçısı da xeyli müddət tıxacda gözləməli olub.
Milli.Az
Böyütmək üçün şəklə klikləyin.