Azərbaycanda kişi danadişi zəhəri içdi

31 Oktyabr 2014 09:49
Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
 
Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə, rayonun Qaradağlı kənd sakini, 1950-ci il təvəllüdlü Maarif Quliyev ağır zəhərlənmə diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
 
Tibbi yardım göstərilsə də, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.
 
Araşdırma zamanı məlum olub ki, M. Quliyev səhvən danadişilərin məhv edilməsi üçün istifadə edilən dərmanı qəbul etdiyinə görə zəhərlənib.

Milli.Az