Bəşər Əsədə yeni təklif

31 Oktyabr 2014 11:20

Suriyanın terrorçulardan azad olunması üçün bu təklif vacib sayılır

BMT Suriya prezidenti Bəşər Əsədə və müxalifətə yeni təklif edib.

Anspress-in məlumatına görə, BMT Baş Katibinin Suriya üzrə xüsusi elçisi Stefan de Mistura hakimiyyət və müxalifəti terrorizmlə mübarizədə səylərin birləşdirilməsi üçün İŞİD qruplaşması tərəfindən təhdidi impuls kimi istifadə etməyi təklif edib.

Bu barədə jurnalistlərə verdiyi açıqlamasında Stefan de Mistura Suriyanın terrorçulardan azad olunması üçün bunu vacib sayıb:

"İŞİD ilə mübarizə üzrə Dəməşq və müxalifətin birgə səyləri ikitərəfli münaqişənin bir növ "dondurma zonasına" çevrilməsinə imkan yaradacaq, nəticədə isə əvvəlcə yerli səviyyədə siyasi prosesə başlamaq, sonra - onu ümummilli miqyasa çevirmək olar".

Milli.Az