Yaralılar Bakıya göndərildilər - FOTO

31 Oktyabr 2014 10:50

Partlayış zamanı yaralanan 3 nəfərin vəziyyəti ağırdır

Ağcabədinin Salmanbəyli kəndində fərdi yaşayış evlərindən birində baş vermiş partlayış nəticəsində yaralananların adları məlum olub.

Anspress-in verdiyi məlumata görə, yaralılar 60 yaşlı Nübar Bayramova, 33 yaşlı Səhər Bayramova və 6 yaşlı İsa Bayramov yanıq xəsarətləri ilə Ağcabədi Rayon Xəstəxanasına çatdırılıblar.

İlkin tibbi yardım göstərildikdən sonra hər üç yaralı Bakıya, Yanıq Mərkəzinə göndərilib. Xəstələrin vəziyyəti ağır qiymətləndirilir. FHN-in məlumatına əsasən, 70 kv.m sahəsi olan 2-otaqlı evdə partlayışa səbəb məişət qazının sızması olub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.