İsrail Fələstinə müharibə elan edib

31 Oktyabr 2014 09:40

Fələstin lideri Mahmud Abbas bu cür ifadələr işlədib

Yaxın Şərqdə yenidən qan tökülüb.

Anspress-in məlumatına görə, İsrail hökuməti Qüds şəhərində müsəlmanların müqəddəs ibadət məkanlarından sayılan Əl-Əqsa məscidini bağlayıb. Fələstin lideri Mahmud Abbas İsrailin bu addımını "müharibə elanı" kimi dəyərləndirib. Məscidin bağlanması fələstinlilərin qəzəbinə səbəb olub. Fəallar İsrail polisinə daşlarla hücum ediblər. Polis rezin güllələrlə etiraz aksiyasını dağıtmağa çalışıb. Qarşıdurmalar zamanı bir fələstinli öldürülüb.

Son bir həftədə tərəflər arasında gərginlik yenidən artıb. Bu isə, Yaxın Şərqdə yeni müharibənin başlamasına səbəb ola bilər.

Milli.Az