Azərbaycanlı biznesmen toyunu AST Telmanın otelində edəcək - FOTO

31 Oktyabr 2014 10:11

"V&V company"nin rəhbərlərindən olan Vadim İlişayevin toyu noyabrın 1-də baş tutacaq

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, iş adamı Zülfiyyə adlı xanımla ailə həyatı qurur. Təşkilatçı kimi tanınan Vadim özəl gününü Telman İsmayılovun rəhbərlik etdiyi "Mardan Palas"da qeyd edəcək.
 
Qeyd edək ki, məclisdə yerli müğənnilərdən Elton Hüseynəliyev, Sevda Yahyayeva Elçin Cəfərov iştirak edəcəklər. Toyun aparıcısı isə Murad DadaşovAfaq Gəncəli olacaqlar.

Milli.Az


Böyütmək üçün şəklə klikləyin.