6-cı mərtəbədən atılan qız sağ qaldı - FOTO

31 Oktyabr 2014 11:14

Moskva sakini hazırda xəstəxanadadır

Moskvada birinci kurs tələbəsi yataqxananın pəncərəsindən özünü atıb.

Anspress-in məlumatına görə, ağır zədələrlə Sklifosovski adına instituta çatdırılan qız hazırda özünü yaxşı hiss edir.

Moskvada tələbə yataqxanasının pəncərəsindən tullanan qızın nə məqsədlə bunu etdiyi bəlli deyil. Qız altıncı mərtəbədən düşsə də xoşbəxtlikdən, sağ qalıb.

"Qız mürəkkəb əməliyyat keçirib. Müalicə xərclərini universitet ödəyir. Ona həmçinin psixoloji kömək olunacaq", - deyə institutun mətbuat xidməti bildirib.

Qızı yataqxananın işçisi aşkar edib. Tullanan qız Kerç sakini Yelena P.-dir.

Faktla bağlı araşdırma aparılır

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.