Amerika Birləşmiş Ştatları ilə İsrail arasında münasibətlər böhran həddinə çatıb. Bir qədər əvvəl ABŞ hökumət nümayəndəsinin anonim şəkildə İsrailin baş naziri Benyamin Netanyahunu təhqir etməsi buna səbəb olub. Məlumata görə, anonim dövlət rəsmisi Netanyahunu "Bibi" ləqəbi ilə çağıraraq onun İrana qarşı qorxaq mövqe sərgilədiyini deyib və onu toyuq nəcisi adlandırıb.Netanyahuya nəcis deyilməsi nə prezidentin, nə də mənim mövqeyimdir