Bu ana qədər mədənə dolan 10 000 ton suyun təxliyyəsi hələ də mümkün olmayıb
Oktyabrın 28-də Türkiyənin Karaman vilayətinin Ermenek rayonunda baş vermiş mədən faciəsindən 3 gün ötür.
Anspress-in məlumatına görə, bu ana qədər mədənə dolan 10 000 ton (10 milyon litr) suyun təxliyyəsi hələ də mümkün olmayıb.
Mədəndə qalmış 18 fəhlənin taleyindən isə hələ də xəbər yoxdur.
Axtarış - xilasetmə işlərinin aparıldığı mədəndə bir fəhlə anasının cəhdləri isə görənlərin gözünü yaşla doldurdu. Yaşlı bir qadın mədəndən suyu təxliyyə edən su borusunun altını qazaraq suyun daha tez axmasını təmin etməyə çalışır. Ananın mədəndə qalmış övladı üçün bu cür çırpınması "Anadolu" agentliyi müxbirinin diqqətindən yayınmayıb.