Türkiyədə tarixi iclas

31 Oktyabr 2014 09:34

İclasda "paralel hökumət"lə mübarizə də müzakirə edildi

Türkiyədə Milli Təhlükəsizlik Şurasının (MGK) iclası gecə saatlarında başa çatdı.

Anspress-in məlumatına görə, oktyabrın 30-da başlayan Milli Təhlükəsizlik Şurası iclası 10 saat 20 dəqiqə davam edərək, MGK-nın ən uzun çəkən iclası kimi Türkiyə tarixinə düşüb.

İclasdan sonra ilk açıqlamalarda başda duran məsələlərdən birinin də əvvəlcədən deyildiyi kimi, dövlətin daxili və xarici siyasətini təhlükə altına alan "paralel hökumət"lə bağlı danışıqlar olub və ölkədə sabitliyin qorunması üçün mübarizənin davam etdiriləcəyi vurğulanıb.

Bundan başqa, iclasda Yaxın Şərqi qana bulayan İŞİD terrorçuları ilə mübarizədə atılacaq addımlar və ümumilikdə regionda gedən siyasi proseslər nəzərdən keçirilib.

Qeyd edək ki, bu iclasda R.T.Ərdoğan ilk dəfə prezident olaraq, Ə.Davudoğlu isə ilk dəfə baş nazir olaraq iştirak ediblər.

Milli.Az