Milli.Az gecce.az-a istinadən xəbər verir ki, ATV kanalında yayımlanan "Səs verməyin" layihəsini növbəti qurbanı əməkdar artist Almaz Ələsgərli olub.
Başına gələcəklərdən bixəbər olan Almaz bütün efir boyu tamaşaçılardan səs verilməməsini xahiş etsə də, gözlədiyi nəticəni əldə edə bilməyib. 1009 səs toplayan ifaçının başından boya və kirşan tozu töküblər.
Xatırladaq ki, ötən həftə sözügedən verilişinin iştirakçısı Nadir Qafarzadə bu həftə həmkarına dəstək olmaq üçün studiyada qonaq olub. Gecənin növbəti qonağı isə zarafatları ilə damğasını vuran aktyor Elməddin Cəfərov olub. Milli.Az