Neymar sevgilisi üçün təyyarə tutdu - FOTO

31 Oktyabr 2014 09:43

İspaniyanın "Barselona" klubunun braziliyalı ulduzu Neymar sevdiyi qadın üçün heç bir xərcdən çəkinmir. O, sevgilisi supermodel Soraya Vuçeliçi görmək istəyib.
 

İbisada olan qadının Barselonaya tez çatması üçün Neymar onun arxasınca özəl reaktiv təyyarə yollayıb.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 22 yaşlı Neymar 28 yaşlı serb Vuçeliçlə ötən il İbisada tanış olmuşdu.
 

O vaxtdan bəri Neymarla Soraya tez-tez görüşə bilmədikləri üçün əsasən Skype vasitəsilə əlaqə saxlayıblar.
 

Əsl ad və soyadı Neymar da Silva Santos Cunior olan futbolçunun dediyinə görə, sevgilisini və onun rəfiqələrini Barselonaya gətirmək üçün özəl reaktiv təyyarə sifariş verməsində qeyri-adi heç nə yoxdur.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.