Dünyanın ən varlı qadını Walmart riteyler şəbəkəsinin sahiblərindən biri Kristi Uoltondur. Onun varidatı 37,9 milyard dollar səviyyəsindədir.
Milli.Az bildirir ki, nüfuzlu Wealth-X onlayn-nəşri ənənəvi "Dünyanın ən zəngin qadınları" reytinqinin 2014-cü il üçün versiyasını açıqlayıb.
Reytinqdə 2-ci yeri Lilian Betankur tutur. 31,3 milyard dollarlıq sərvətə malik fransız xanım Avropanın ən varlı qadını sayılır.
"Dünyanın ən varlı qadınları" reytinqinin ilk 9-luğu belədir:
1. Kristi Uolton - 37,9 milyard dollar
2. Lilian Betankur - 31,3 milyard
3. Cina Raynhart - 14,8 milyard
4. Vanessa Paola Slim Hacı - 6,33 milyard
5. Mariya Sumaya Slim de Romero - 6,32 milyard
6. Yohanna Slim Əyyub - 6,31 milyard
7. Yanq Huiyan -6,3 milyard
8. Şari Erison - 4,2 milyard
9. Folorunso Alakija - 1,2 milyard
Milli.Az