Əkiz bacılar bədənlərini dayanmadan dəyişirlər - FOTO

31 Oktyabr 2014 10:59

"Biz əkiz olsaq da, çox fərqliyiq. Bu səbəbdən də zahiri görünüşümüzü dəyişmək üçün çoxsaylı plastik cərrahiyyə əməliyyatlarına məruz qalmağımıza rəğmən, tam fərqli görünməyə çalışırıq. Bir yerdə yaşayırıq, bir yerdə məşq edirik".
 

İsveçin Uostervik şəhərində doğulmuş əkiz bacılar indiyədək plastik cərrahiyyə əməliyyatlarına 25 min dollar xərcləyiblər.
 

Milli.Az Barcroft TV-yə istinadən bildirir ki, Emma Sara Koponen bacıları fiziki ideala can atmasalar da, "maksimum dərəcədə gözəl görünməyə" çalışdıqlarını vurğulayırlar.
 

Hazırda İspaniyanın Kosta del Sol kurortunda yaşayan 25 yaşlı bacılar hər gün fitnes zalına gedir, məşq edir, idmançı görkəmində qalmağa can atırlar.
 

Onların dediklərinə görə, indiyədək ayaq əyriliyinin düzəldilməsi, sinə ölçülərinin dəyişdirilməsi və dişlərdəki nöqsanların aradan qaldırılması ilə bağlı əməliyyatlara məruz qalıblar.
 

"Bir evdə yaşayırıq. Dolabımız, telefon nömrələrimiz, yaşamımız eynidir. Amma bəzi əkiz bacılardan fərqli olaraq, bir kişi ilə yaşamaq, bir kişini paylaşmaq niyyətində deyilik. Biz əkiz olsaq da, fərqliyik", - Emma Koponen deyib.
 

Doktor Anhel Ruiz Noro bacıların plastik əməliyyatlarına rəhbərlik edib. Onun dediyinə görə, Koponen bacılarının bundan sonra da əməliyyatları davam etdirmək niyyətləri var.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.