Azərbaycanda kişinin üzünü "yazdılar"
31 Oktyabr 2014 08:54
Gəncə sakini, 29 yaşlı Kənan Alınağıyev sol çənə bucağında bıçaq yaraları ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib.
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, müayinə zamanı Alınağıyevin xəsarətlərinin ciddi olmadığı üzə çıxıb. Həkimlər yaralıya yardım göstərərək ambulator müalicə üçün evə buraxıb. İlkin məlumata görə, Kənan Alınağıyev şəhərin Məhsəti qəsəbəsində tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Məlumatın nə qədər doğru olub-olmadığı polisin araşdırmasından sonra bəlli olacaq.
Milli.Az