Duma qondarma "erməni soyqırımı"na dair bəyanat verəcək

30 Oktyabr 2014 20:44
Rusiya parlamenti qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə əlaqədar bəyanatla çıxış edəcək.

Trend-in "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, bunu Ermənistan-Rusiya parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri, Rusiya Federasiya Şurasının üzvü Nikolay Rıjkov komissiyanın Yerevanda keçirilən iclasında deyib.
 

Onun sözlərinə görə, bununla əlaqədar bır sıra tədbirlərin keçirilməsi barədə qərar qəbul olunub və hazırda yalnız birgə tədbirlərin hazırlanması qalıb.

Qeyd edək ki, Dövlət Duması 1995-ci il aprelin 14-də qondarma "erməni xalqının soyqırımı"nı pisləyən bəyanat qəbul etmişdi.

Milli.Az