Ər məhkum arvadına bu yolla qovuşmaq istədi

30 Oktyabr 2014 20:00

4 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.
 

Milli.Az bildirir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Zəhra Süleyman qızı Xasanovanın yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı - Yevlax şəhəri, Nizami küçəsi, ev 224 ünvanında yaşayan vətəndaş Surac Torun oğlu Məmmədovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.
 

Baxış zamanı onun gödəkçəsinin sol cibindən 1 ədəd "Samsung" markalı mobil telefon aparatı və 1 ədəd "Cin" danışıq kartı aşkar edilərək götürülüb.
 

Fakt üzrə araşdırma aparılır.
 

Qeyd edək ki, Z.Xasanova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3; 178.3.3; 180.3.3; 66.3 və 67.1-ci maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Milli.Az