Gənclər Siyasəti üzrə Qlobal Forumun Bakı Bəyannaməsi qəbul olundu

30 Oktyabr 2014 19:36

Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forum başa çatıb.
 

Milli.Az bildirir ki, Trend-in məlumatına görə, bu gün forum öz işini regional sessiyalarla davam etdirib.
 

Sessiyalarda Afrika, Ərəbistan və Qərbi Asiya, Asiya və Sakit Okean, Avropa və Mərkəzi Asiya, Latın Amerikası və Karib hövzəsi ölkələrində gənclər siyasəti, gənclərin inkişafı ilə bağlı görülən işlər müzakirə edilib, təcrübə mübadiləsi aparılıb.
 

Sessiyalarda, həmçinin Ebola virusuna qarşı birgə mübarizədən söhbət açılıb.
 

Sonda Gənclər Siyasəti üzrə I Qlobal Forumunun Bakı Bəyannaməsi qəbul olunub.

Milli.Az