Azərbaycanda poçt rabitəsi operatorları tərəfindən gömrük borcu üzrə ödənişlərin gömrük orqanlarının hesabına köçürülməsi qaydaları təsdiqlənib.
Milli.Az bildirir ki, Trend-in məlumatına görə, Dövlət Gömrük Komitəsi Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş qayda Hüquqi Aktların Dövlət Reyestrinin saytında dərc edilib. Qaydalar Maliyyə Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırılaraq hazırlanıb.
Ödənişlər Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılmış Hökumət Ödəniş Portalı (HÖP) və ya komitənin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə əlaqəli işləyən digər proqram təminatı üzərindən həyata keçiriləcək.
Gömrük borcu gömrük orqanına yalnız bank, poçt və ya plastik kart vasitəsilə ödənilir.
Qərar 2014-cü il oktyabrın 28-dən qüvvəyə minib.
Milli.Az