5 otaqlı ev külə döndü

30 Oktyabr 2014 18:23
Bu gün günorta saat 15:00 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbəsində Xatirə Hümbətovaya məxsus yaşayış evində yanğın hadisəsi baş verib. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə yerinə dərhal Şəmkir Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğınsöndürənlərin səyinə baxmayaraq ümumi sahəsi 80 kv.m. olan 5 otaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az