Qışda güllərə necə qulluq etməli?

30 Oktyabr 2014 18:20
Payız fəslində gülləri qorumaq üçün onları otaq şəraitinə köçürmək vacibdir. Həmin mənzildə isə rütubətin 70-80 faiz olması tələb olunur. Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, güllər otağa daşınmamışdan öncə dizenfeksiya olunmalıdır. Bağbanlar gülləri bir dibçəkdən digərinə köçürülməsini fevral ayında həyata keçirilməli olduğunu bildirirlər.

Çünki həmin ay ərzində bütün bitkilər inkişafdan dayanır.

Dekorativ bitkiləri isə qışın soyuğundan qorumaq üçün onların dibinə üzvü gübrələr tökülməlidir. Bu gübrələr həm onların köklərini şaxtadan qoruyur, həm də yazda inkişafına kömək edir. Dekorativ güllərin qış aylarında suvarılması məsləhət görülmür.

Güllərin bizə daim gözəlliklər bəxş etməsi üçün bizlər də mütəmadi onların qayğısına qalmalıyıq. Xüsusilə fəsil dəyişkənliyi zamanı onlara qarşı daha diqqətli olmağımız vacibdir.

Milli.Az