Nazir müavininin və xanımının yaralanmasına, iki nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başladı

30 Oktyabr 2014 17:35
Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfərin ölümü, 3 nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Tural Rəhimovun məhkəməsi başlayıb.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Məhkəmə prosesi noyabrın 4-də davam etdiriləcək.

Qeyd edək ki, Bakının Nizami rayonu, Heydər Əliyev prospektində Tural Rəhimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil hava limanı şossesi istiqamətində hərəkətdə olarkən qəflətən geriyə dönüş edib və Heydər Əliyev prospekti ilə əks istiqamətdə hərəkət etməyə başlayıb. Bu vaxt "Jiquli" qarşıdan gələn, 53 yaşlı Firdovsi Əliyevin idarə etdiyi "Lexus" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobildə olan iki sərnişin dünyasını dəyişib, avtomobilin sürücüsü Tural Rəhimov, eləcə də "Lexus"un sürücüsü Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar.

Qeyd edək ki, F.Əliyev ekologiya və təbii sərvətlər nazirinin birinci müavinidir.

Milli.Az