Qohumunun evindən 6000 dollar oğurlayan şəxs tutuldu

30 Oktyabr 2014 17:01
Masallı polisi oğurluq faktında şübhəli bilinən iki nəfər rayon sakinini saxlayıb.
Rayon Polis Şöbəsinin müstəntiqi Anar Xəlilovun CTV-yə verdiyi məlumata görə, rayonun Babaser kənd sakini, 19 yaşlı Yasəf Yasər oğlu Boyliyev həmkəndlisi, 20 yaşlı İlqar Məmmədyar oğlu Nəsirovla əlbir olaraq gecə saatlarında dayısı arvadı, Çayqıraq kənd sakini, 48 yaşlı Gülayə Soltan qızı Həsənovanın evinə daxil olaraq sandığın içərisindən 6000 ABŞ dollarını oğurlayıblar.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Saxlanılan şəxslərin digər oğurluq faktlarında iştirakının olub-olmadıqları araşdırılır.

Milli.Az