20 kq arıqladan SSSRi pəhrizi

30 Oktyabr 2014 17:44

Primadonna yenilənmiş görüntüsü ilə heyran edib

Rusiya estradasının primadonnası Alla Puqaçova yeni görünüşü ilə pərəstişkarlarına və həmkarlarına xoş sürpriz edib.

Anspress-in məlumatına görə, müğənni SSSR pəhrizi ilə 20 kiloqram arıqlayıb.

Müğənni kino təqdimatlarından birinə dar cins şalvarla gəlib. Onun yenilənmiş bədən forması məhz bu zaman gözə çarpıb. Onun gözəllik sirrini rəfiqəsi Alla Redina açıb.

"Alla, həqiqətən, gözəl görünür. Bu, ilk öncə ona görədir ki, həyat yoldaşı və uşaqları ilə xoşbəxtdir. İkincisi isə özünün fikirləşib tapdığı pəhriz ilə yeməyini tənzimləyib. Və bu pəhrizi o, SSSR adlandırıb".

Bu adı eşidənlər onun Sovet dönəmindəki defesitlə əlaqəli ola biləcəyini düşünə bilərlər. Amma bu, belə deyil. Belə ki, müğənni rasionundan şirin yağlı və duzlu məhsulları çıxarıb. Bir gün isə yenilənmə olur (şirin, duzlu, xəmirli qidalar qadağandır, Р - yüklərdən azad olma günü). Bu gündə o, ancaq yüngül tərəvəz çubuqları qəbul edir.

Rəfiqəsinin sözlərinə görə, bayram süfrəsində də Alla özünə qadağa qoymur. O, hətta tort da yeyə bilər. Sadəcə, sonra formada qalmaq üçün iki gün yenilənmə edir.

Milli.Az