Bankların problemli kreditləri durmadan artır. Bu ilin ilk yarısının və 9 ayının yekunları ilə bağlı müxtəlif bankların açıqladığı rəqəmlər qorxulu statistikadan xəbər verir. Məsələn, "Bank VTB"(Azərbaycan) açıqlayıb ki, 2013-cü ilin ilk 9 ayı ilə müqayisədə bankın problemli kreditləri 4 dəfə artaraq 5 milyon manatdan 20 milyon manata çatıb. Ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin payı isə 3,4 faizdən 8,2 faizə qədər artıb. Bu, ölkə üzrə orta həddən (5,4 faiz) çoxdur.Banklar faizləri azaltmasalar, ciddi problemlə üzləşə bilərlər