Ermənistan iqtidarına qarşı başlanan kütləvi etiraz aksiyaları ölkəni xaosa sürükləməkdədir. Artıq əksəriyyət vəziyyətin daha da pisləşəcəyini proqnoz edir. Özünə çoxsaylı tərəfdar toplayan müxalifətin əsas tələbi növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsidir. Bəlli olduğu kimi, Ermənistan Milli Konqresi, "Çiçəklənən Ermənistan" və "İrs" partiyalarının təşkil etdiyi son mitinqdə bəyan edilib ki, hakimiyyəti istefaya göndərdikdən sonra növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Məsələn, "İrs"in lideri Raffi Ovannisyan hesab edir ki, Ermənistanda düşüncə, xalq, vətəndaş və milli gələcək inqilabına ehtiyac var: "Hər şey konstitusiya çərçivəsində həyata keçirilməlidir. Bu inqilab konstitusiya çərçivəsində, dinc və qanuni olacaq".2015-ci ilin dövlət büdcəsi layihəsi siyasətçiləri və iqtisadçıları təşvişə salıb