Yerevanda polislə etirazçılar arasında toqquşma

30 Oktyabr 2014 17:04
"Erməni təbiəti mühafizə dəstəsi" ekologiya fəalları qrupu ilə birlikdə bu gün Yerevanda beynəlxalq ekspertlərin iştirakı ilə Amulsar yatağının istismarı məsələsinin müzakirə olunduğu "Hyatt Place" mehmanxanası qarşısında toplaşıblar.

Bu barədə Trend "News.am" saytına istinadən xəbər yayır.

Fəallar binaya daxil olmağa və müzakirələrdə iştirak etməyə cəhd göstəriblər. Lakin polis onlara icazə verməyərək sıra ilə binanın girişi qarşısına düzülüblər.

Polislərlə fəallar arasında qarşıdurma yaranıb. Aksiya iştirakçıları iddia edirlər ki, bu, ictimai müzakirələrdir və polis qanunsuz olaraq onların iştirakına mane olur.

Milli.Az