Sharp 4K formatlı smartfon yaradır

30 Oktyabr 2014 19:39

Cəmi bir neçə il bundan əvvəl qabaqcıl smartfonlar HD (1280×720 nöqtə) təsvir ölçülü ekranla təchiz ediliblər. Bundan sonra istehsalçılar Full HD təsvir ölçülü ekranlardan (1920×1080 nöqtə) istifadəyə keçiblər və belə görünürdü ki, bu kifayətdir. Cari il artıq QHD (2560×1440 nöqtə) təsvir ölçülü qurğuları bazarda görmək mümkündür. Bu, hələ son hədd deyil.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda Sharp şirkətində smartfonlarda tətbiq üçün nəzərdə tutulmuş yeni nəsil LCD ekranın yaradılması üzrə işlər aparılır.

Hazırlanan texnologiya 5-6 düymlük diaqonallı ekranlar üçün 4K (4096×2160 nöqtə) təsvir ölçülü panellər yaratmağa imkan verəcək.

Milli.Az