3 gündə 1 milyondan çox...

31 Oktyabr 2014 23:20
Apple Pay xidməti işə salınandan sonra ötən 72 saat ərzində sistemdə bir milyondan çox bank kartı aktivləşdirilib. Bu haqda Appleın baş direktoru Tim Kuk WSJD Live konfransında deyib.

Beləliklə, Apple şirkəti ən böyük mobil ödəmə sistemi olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sistem iki üsulla işləyir: ya ticarət nöqtələrində smartfonu xüsusi terminala qoymaqla NFC texnologiyasının köməyilə, ya da Apple Pay elektron pul cüzdanının proqramı vasitəsilə alış-veriş etmək olar. Birinci seçim yalnız iPhone 6 və ya iPhone 6 Plus sahibləri üçün əlçatandır, halbuki elektron pul cüzdanı həm də iPad Air 2 və iPad mini 3 planşetləri üçün də işləyir. Ödənişlərin avtorizasiyası Touch ID barmaq izləri skanerinin köməyi ilə olur.

Şirkət 100 dollarlıq ödənişdən 15 sent və ya aldığınız məhsulun 0,15%-i məbləğində komissiya haqqı alır.

Sentyabrın əvvəlində nümayiş etdirilmiş Apple Pay mobil ödəmə sistemi oktyabrın 20-dən yalnız ABŞ-da işləyib və Apple hələ ki xidmətin dünyanın başqa ölkələrdə əlçatan olacağı vaxt haqda məlumat verməyib. Ancaq bəzi məlumatlara görə, xidmət Avstraliya və Kanada mağazalarında əlçatandır.

Milli.Az