Məhərrəm ayında qara rəngdə libas geyinmək savabdırmı?

30 Oktyabr 2014 18:58
Milli.Az islam.az-a istinadən bildirir ki, ümumiyyətlə, İslamda açıq rəngdə, xüsusilə ağ rəngdə libaslar geyinmək müstəhəbdir. Çünki əvvəla, ağ rəng onu görənlərdə xoş əhval-ruhiyyə yaradır. İkincisi, açıq rəngdə libas geyinən adam istər-istəməz onun təmizliyinə xüsusi diqqət yetirməli olur. (Əlbəttə, qadınlar üçün istisna vardır.

Onların diqqət cəlb edən rənglərdənsə, diqqəti uzaqlaşdıran rənğlərə üstünlük vermələri daha yaxşıdır). Qara rəng matəm rəngidir və insan hər hansı faciəyə matəm saxladığını bildirmək üçün bu rəngdə libaslar geyinir. Məhərrəmlik mövsümündə Kərbəla şəhidlərinin matəminə işarə olaraq qara rəng geyinmək dindarlar arasında bəyənilən bir ənənədir. Amma qeyd edək ki, bu, vacib deyil.

Milli.Az