"Bismillahir-Rəhmanir-Rəhim" ucadan deyilməlidir, yoxsa yavaşdan?

30 Oktyabr 2014 23:20

Namazların qiraətində "Bismillahir-Rəhmanir-Rəhim" ayəsi ucadan deyilməlidir yoxsa yavaşdan? 

Milli.Az islam.az-a istinadən bildirir ki, namazların bir qismində birinci və ikinci rükətlərin qiraəti (Fatihə və surə) ucadan (cəhrlə) oxunur, bir qismində isə yavaş səslə (ixfa ilə) oxunur. Ucadan oxunan surələrin "Bismillah"ı da uca səslə oxunmalıdır, yavaş səslə oxunsa səhvdir və bilərəkdən belə edilərsə, hətta namaz batil olar.

Yavaş səslə oxunan surələrdə əksər müctəhidlər "Bismillah"ı ucadan oxumağı müstəhəb bilirlər. Bəzi müctəhidlər isə bu müstəhəbliyi camaat namazının imamına aid edirlər.

Milli.Az