"Valideynimə "of" da demirəm"

30 Oktyabr 2014 16:32
Aktyor Elməddin Cəfərov qonaq olduğu "Gün üzü" verilişində valideynlərindən bəhs edib
Milli.Az axşam.az-a istinadən bildirir ki, o, heç vaxt onları incitmədiyini deyib:
"Bir dəfə kitabda oxudum ki, valideynə cavab qaytarmaq, "of" belə söyləmək günahdır. Bu sözü dərk edəndən sonra on ildir mən ata-anama "of" da demirəm. Quranda valideynə o qədər dəyər verilir ki... Ata-anaya cavab qaytarmaq günahdır. Ataya qışqırmaq nə deməkdir?.. Bunları etməmək lazımdır".

Milli.Az