Sonra camaat nə deyər? - FOTO
30 Oktyabr 2014 17:00
"Mənim 55 yaşım var. Cavan yaşımda dul qalmışam. İki övladımı - oğlumu və qızımı tək böyütmüşəm. Bütün ömrüm boyu işləmişəm, özüm barədə düşünməmişəm. İstəmişəm ki, övladlarım normal böyüsünlər, heç nəyə ehtiyacları olmasın. Hər ikisi ali təhsil alıb. Oğluma ayrı ev aldım, qızıma layiqli cehiz verdim. Hər kəs həyatından razıdır... Ancaq mən üç otaqlı mənzildə itimlə və televizorumla tək qalmışam. Uşaqlar həftə sonları gəlirlər. Qalan günlər isə təkəm".
Milli.Az-ın məlumatına görə, bu sözləri Lady Day.Az-ın etiraf rubrikasına məktub yazan oxuculardan biri qeyd edib.
55 yaşlı xanım həyatında ciddi dəyişikliklər etmək istəyindədir, ancaq "camaat nə deyər?" sualı onu əzir. Xanımın əhvalatının tam mətnini bu keçiddə rus dilində oxuya bilərsiniz.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.