Rianna paltarı ilə şoka saldı, 1 saata 170 min dollar xərclədi - FOTOSESSİYA

30 Oktyabr 2014 16:02
Dünən Los-Ancelesdə "amfAR Inspiration Gala" xeyriyyə kecəsi keçirilib. Şou-biznes məşhurları və siyasətçilərin qatıldıqları gecədə reportyorların diqqətini daha çox müğənnilər Rianna Mayli Sayrus cəlb ediblər.

Milli.Az TMZ-yə istinadən bildirir ki, Rianna ilə Mayli gecəyə çox açıq-saçıq paltarda qatılmışdılar.
 

26 yaşlı Riannanın əynində qurşaqdan yuxarı faktiki olaraq bədəni çılpaq qoyan don vardı.

Epatajı sevən Mayli Sayrusun paltarı isə sadomazoxistlər stilində idi.
 

Riannanın dediyinə görə, paltarına çox pul xərcləyib.

O, ziyafətdən sonra keçirilən "amfAR Gala Auctions" hərracına da qatılıb.
 

Hərracda o, 35 min dollara brilliant qaşlı sırğalar və 135 min dollara foto alıb. 1949-cu ildə çəkilmiş fotoda Elizabet Teylor və Ayden Rok əks olunublar.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.