Bakıda daha bir piyada keçidi istifadəyə verildi - FOTO

30 Oktyabr 2014 16:04

Paytaxtın Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində tikilən yeni yeraltı piyada keçidinin tikintisi başa çatıb

"Azəryolservis" ASC-dən Milli.Az-a verilən məlumata görə, müasir standartlara uyğun inşa olunan keçidin uzunluğu 88, eni 8, hündürlüyü 3,20 metrdır.

İki giriş-çıxışı olan keçiddə əlil arabalarının hərəkəti üçün xüsusi yer, müasir işıqlanırma sistemi, qrunt sularının kənarlaşdırılması üçün nasosxana quraşdırılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.