"Şirin": "Tamaşaçı məni ciddi obrazda qəbul etmədi"
30 Oktyabr 2014 15:35
ATV-də yayımlanan "Şirin çay" verilişinin aparıcısı Nicat Rəhimov tamaşaçılarından danışıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, "Bozbash pictures"in "Şirin"i izləyicilərinin onu ciddi obrazda qəbul etmədiklərini deyib:
"Verilişin ilk bölümlərində çalışdım ciddi obraz yaradım. Gördüm ki, tamaşaçı məni bu cür ciddi obrazda qəbul etmədi. İnsanlar məni şirin oğlan kimi, zarafatlarımla görmək istəyir. Aləmi qatmışam bir-birinə, reper, müğənni hamını proqramıma dəvət edirəm. Mən aparıcı deyiləm, aktyoram. Canlı veriliş idarə etmək çox çətindir. İnsanın qulağında qulaqcıq, hərə bir söz deyir. Burada aktyorluğumu nümayiş etdirməyə çalışıram. Maraqlı qonaqlarım olacaq. Bir sürpriz qonağım var ki, "bomba kimi" partlayacaq. "Şirin çay"a heç vaxt rəqib gəlməyəcək".