Flora Kərimova Tural Bayraməliyevin "Yağışı"nı oxuyacaq - AUDİO - FOTO

30 Oktyabr 2014 15:20
Mahnıları sevilən və geniş publika tərəfindən dinlənilən bəstəkar Tural Bayraməliyevin söz və musiqisi özünə məxsus yeni bəstəni xalq artısti Flora Kərimova səsləndirəcək. Bəstəkarın Milli.Az-a bildirdiyinə görə, yeni nəğmə "Yağış" adlanır. Hazırlıq prosesi Türkiyədə, Sezen Aksu, Tarkan, Sertab Erener kimi məhşurların çalışdığı studiyada və eyni tərkibli heyətin iştirakı ilə keçən "Yağış"ın tezliklə klipi də ərsəyə gətiriləcək.

"Mahnı və klip eyni zamanda təqdim ediləcək. Bu, noyabr ayının ortalarına nəzərdə tutulub" - deyən Tural Bayraməliyev mahnı yaradıcılığında yeniliklərin davam edəcəyini sözünə əlavə etdi.




Внимание! У вас отключен JavaScript, или установлена старая версия проигрывателя Adobe Flash Player. Загрузите последнюю версию флэш-проигрывателя.