Rusiya və Ukrayna qaz tədarükü üzrə razılığa gəliblər
30 Oktyabr 2014 15:12
Moskva və Kiyev qış dövründə Ukraynaya qaz tədarükünün bərpa edilməsi üçün baza şərtləri razılaşdırıblar.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
Onun sözlərinə görə, mövcud müqaviləyə əlavə olaraq "Naftaqaz" və "Qazprom"la sənədlər paketi hazırlanacaq: "Paketdə sutkalıq rejimdə tədarük həcmləri ilə bağlı texniki məqamlar və s. məsələlər əksini tapacaq".
Nazir əlavə edib ki, Avropa Komissiyası Rusiya-Ukrayna qaz mübahisəsinin nizamlanması üzrə Rusiyanın mövqeyi ilə tam razıdır.
Milli.Az