Azərbaycanda 5 ailə evsiz qaldı
30 Oktyabr 2014 14:12
Lənkəranın Gəgiran kəndində torpaq sürüşməsi 5 ailəni evsiz qoydu.
Milli.Az CTV-yə istinadən bildirir ki, son günlər intensiv yağan yağışlar Lənkəran rayonunun ucqar yaşayış məntəqələrindən sayılan Gəgiran kəndində torpaq sürüşməsinə səbəb olub.
Sürüşmə nəticəsində təxminən 10-a yaxın fərdi yaşayış evinin divarlarında iri çatlar əmələ gəlib, ümumilikdə isə 5 ev qəzalı vəziyyətə düşüb.
Evləri yağışın təsirindən qəzalı vəziyyətə düşən kənd sakinlərinin bəziləri qohumlarının evində gecələmək məcburyyətində qalıblar. Kənddə baş verən sürüşmə ilə bağlı dərhal rəsmi qurumlara məlumat verilib və sözügedən əraziyə FHN Regional Mərkəzinin müvafiq mütəxəssisləri tərəfindən baxış keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ərazidə real vəziyyəti dəyərləndirdikdən sonra lazımi tədbirlər görüləcək.
Milli.Az