"Leyla Yunusun beynəlxalq təşkilatlar tərəfindən müdafiə olunmasına xidmət edən bəyanatların səsləndirilməsi..."
30 Oktyabr 2014 14:15
"Hesab edirəm ki, Leyla Yunusun beynəlxalq təşkilatlar tərəfindən müdafiə olunmasına xidmət edən bəyanatların səsləndirilməsi Azərbaycana təzyiq vasitəsidir". Bunu SİA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli Leyla Yunusun beynəlxalq təşkilatlar tərəfindən müdafiə olunmasına xidmət edən bəyanatların səsləndirilməsinə münasibət bildirərkən deyib.
Partiya sədrinin sözlərinə görə, əgər bu gün Azərbaycanı sevmək ölkəmizi demokratiya, insan haqlarını müdafiə etmək baxımından olsa idi, həmin beynəlxalq təşkilatlar Ermənistanın işğalı nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün harayına səs vermiş olardı. Bununla belə bu gün onlar Xankəndidə "məhkəmə"si gedən, ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevi müdafiə edərdilər. Deməkdə məqsədim odur ki, heç bir zaman bu kimi beynəlxalq təşkilatların səmimiyyətinə inanmaq olmaz. Məsələ açıq-aydın ortadadır ki, bu gün Azərbaycan hakimiyyətinə təzyiqlər, xristian həmrəyliyi, təəssübkeşliyi, erməniləri müdafiə etmək məsələsi var və s. Hesab edirəm ki, bu, mütəmadi proses olaraq, həlqənin bir hissəsidir".
Milli.Az