ABŞ-ın idman mediası bu qalmaqallı "eşq"i müzakirə edir.
Amerika Futbol Liqasının (NFL) ulduzlarından biri, məşhur futbolçu, 19 yaşlı Castin Brent pornoqrafik filmlərdəki rolları ilə tanınan Layza Enn ilə evlənib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, bu nikahın yaratdığı qalmaqalı daha da "alovlandıran" məqam Layza Ennin 42 yaşda olmasıdır.
Yəni "Notre Dame" klubunun ulduzu Castin anası yaşında olan qadınla, özü də indiyədək 2300-dən artıq kişi ilə cinsi əlaqədə olduğunu həmişə fəxrlə demiş birisi ilə ailə qurub.
Ərlə arvad NBA matçlarından birində tribunada olarkən paparassilər onların fotolarını çəkmişdilər.
Castin Brentin anası bu fotoların quraşdırma olduğunu demiş, amma dərin psixoloji stressə qapıldığından klinikaya aparılmışdı.
Dünənsə Castin və Layza İnstagram-dakı profillərində "bəxtəvər ailə" fotolarını yayıblar.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.