Bakıda tələbə qız dərs zamanı dəhşət yaşadı - YENİLƏNİB - FOTO

30 Oktyabr 2014 13:49

Dərs zamanı tələbə qızın başına şkaf aşıb

---------
13:49

Bakı Sosial Pedaqoji Kollecində baş vermiş hadisə iləə bağlı Facebook-da Sancaq səhifəsində maraqlı təfərrüatlar var. Milli.Az həmin məqamları təqdim edir:

"Dünən Bakı Sosial Pedaqoji Kollecində dəhşətli bir hadisə baş verib. Kollecin rəhbəri 2-ci kurs tələbələrinin arasından 3 qız seçərək, kollecin əl işləri sərgilənən stendinin şüşələrini silməyi tapşırıb. Və nəticədə o şüşə yerindən tərpənərək düşüb bu qızların üstünə. Tələbələrin dediklərinə görə, şüşə qırıqları bu 3 tələbənin üzündən tutmuş ayaqlarına qədər ağır xəsarətlər yetirib. Və ən dəhşətlisi odur ki, hadisənin əks-səda verməməsi, heç yerdə bu barədə yazılmaması üçün məktəb direktoru əlindən gələni edir. Cürbəcür bəhanələr gətirir. Tələbələrə hədə-qorxu gəlir!

Bu tələbələrin ailələri uşaqlarını kollecə şüşə silməyə göndərməyiblər, göndəriblər ki, təhsil alsınlar! Təhsil Nazirliyi belə məsuliyyətsiz və cinayəti gizlədən məktəb direktorları cəzalandırmalıdır!"

--------
13:25

Ötən gün Bakı Sosial Pedaqoji Kollecinin tələbəsinin başına şkaf aşıb.

Bu barədə oxucular anspress-in "qaynar xətti"nə məlumat veriblər. Verilən məlumata görə, kollecin tələbəsi dərs zamanı xəsarət alıb. Onun başına şkaf aşıb. Qız ağır vəziyyətdə özəl kinikalardan birinə yerləşdirilib.

Hadisəni dəqiqləşdirmək üçün Bakı Sosial Pedaqoji Kollecilə əlaqə saxlanılıb. Kollecin tədris işləri üzrə direktor müavini Mətanət Mirzəyeva anspress-ə açıqlamasında hadisənin dünən saat 17:30-da baş verdiyini bildirdi. Onun sözlərinə görə, əslində hadisə barədə məlumat verilərkən şişirdilib.

"Kollecin II kurs tələbəsi, 1998-ci il təvəlüldlü M.M. dünən dərsdə olarkən üztünə şkaf aşıb. Qız şkafa tədris vasitələrini yığarkən şkaf ağırlığa tab gətirməyərək aşıb. Şkafın 6 qapısı da açıq olduğu üçün tarazlıq pozulub. M.M. ayağından xəsarət alıb. Hazırda evdədir. Heç bir problemi yoxdur", - deyə Mətanət Mirzəyeva bildirib.

Xəsarət alan tələbə ilə əlaqə saxlamaq istədik. Lakin M.M. hadisə ilə bağlı açıqlama vermək istəmədi: "Mən bu barədə açıqlama vermək istəmirəm".

Milli.Az

----------
13:38

Böyütmək üçün şəklə klikləyin.



Foto: Facebook/Sancaq